Azərbaycan Demokratik Respublikasının öncül siyasi xadimlərindən olan Ceyhun Hacıbəylinin mühacirətdə olduğu zaman yazdığı vacib tarixi əhəmiyyətli məktublar ilk dəfə olaraq kitablaşdırılacaq.xa0
Bu barədə Moderator.az saytına həmin kitabın tərtibçisi tədqiqatçı Aslan Kənan məlumat verib. Onun sözlərinə görə, kitabda Ceyhun bəyin 1912-1960-cı illər arasında Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Zülfüqar Hacıbəyli, Topçubaşov və başqalarına yazdığı məktublar vahid kitabda cəm olacaq.xa0
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap ediləcək kitab “Qürbətdən gələn səslər”x9d adlanır.
Elmin Nuri








































































































