“Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görülüb

“Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görülüb

Hazırda oxunan: “Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görülüb
133342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə birgə Bakının Qaradağ rayonunun “Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görüb. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib. 

Məlumata görə, ərazidə sərnişin axını intensivdir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir.

Sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu.

Ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub. “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir. 
"Nəticə etibarilə qanunsuz sərnişin daşımalarının qarşısının alınması üçün vacib addımlar atılır, sərnişinlərin rahat, müvafiq tələblərə cavab verən avtostansiyadan yola salınması təmin edilir. Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələrini xahiş edirik", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO