Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO

Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO

Hazırda oxunan: Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO
133037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qaratorpaq kəndinin sosial qayğılarından bəhs edəcəyik. Söhbət Şəkinin ən ucqar yaşayış məntəqəsi olan Qaratorpaq kəndindən gedir. Bu kənd rayon mərkəzindən 95 km məsafədə yerləşir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri ilə keçirilən səyyar görüşdə rayon rəhbərliyi ilə yanaşı, idarə və müəssisə nümayəndələri də iştirak edib.  

Görüşdə qeyd edilib ki, bu kənd əkinçilik və maldarlıq üzrə ixtisaslaşıb. Aqrar sektorun bu sahəsini inkişaf etdirmək üçün bütün imkanlar var. Kənd ucqarda yerləşməsinə baxmayaraq, bura yeni yol çəkilib, məktəb inşa olunub. 

Lakin sakinlərin qayğıları da az deyil...

Belə ki, Qaratorpaqda mavi yanacaq yoxdur. Sakinlər başlıca qayğılarından biri olan bu sosial məsələnin öz həllini tapması üçün rayon rəhbərliyinə məlumat verib.

Digər tərəfdən, kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, tibb məntəqəsi üçün yeni bina tikilməsi məsələləri də diqqətə çatdırılıb.  

Qaldırılan sosial məsələlər hər biri qeydiyyata alınaraq müəssisə və idarə rəhbərliyinin nəzərinə çatdırılıb.

Tədbirlərin görülməsi üçün rayon rəhbərliyi tərəfindən tapşırıq verilib.  

Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO - foto 1
Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO - foto 2
Şəkinin Qaratorpaq kəndinin PROBLEMİ: Mavi qaz veriləcəkmi? - FOTO - foto 3
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO