Dövlət Xidmətindən bu qurumlara XƏBƏRDARLIQ

Dövlət Xidmətindən bu qurumlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Dövlət Xidmətindən bu qurumlara XƏBƏRDARLIQ
130573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qurum ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir.

Bəzən akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tipi təsdiq edilməmiş, habelə məlumatları Dövlət reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin qanunsuz yoxlanılmasını və yaxud kalibrlənməsi həyata keçirir.

Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipi təsdiq edilməli və müvafiq sertifikatla təmin edilməlidir. Tipin təsdiqini və bu barədə sertifikatın verilməsini Dövlət Xidməti həyata keçirir.

Tip təsdiq edilərkən onun dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar Dövlət Xidmətinin apardığı Dövlət Reyestrinə (//metrology.az) daxil edilir.
Məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı, istismarı qadağandır. Bu cür qanun pozuntularına yol verən, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlar məsuliyyət daşıyırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO