2 nömrəli Musiqi Məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı AÇIQLAMA

2 nömrəli Musiqi Məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: 2 nömrəli Musiqi Məktəbinin direktorunun qanunsuz hərəkətləri ilə bağlı AÇIQLAMA
129300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Səadət Eminova Seyfulla qızının qanunsuz hərəkətləri ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

Bizim.Media "report.az" a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, S.Eminova 2022-ci il sentyabrın 15-də Onbirillik Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilib: "Uşaq musiqi və incəsənət məktəblərində mühafizəçi ştatı mövcud deyil. 2022/2023-cü tədris ilində nağara sinfinə şagird qəbulu zamanı müraciətin olmaması səbəbindən hazırda məktəbdə nağara sinfi fəaliyyət göstərmir.
Eyni zamanda bildiririk ki, direktorun qanunsuz hərəkətləri, o cümlədən müəllimlərin işə gəlməmələrinə şərait yaradılması, habelə maliyyə pozuntuları ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

Qeyd edək ki, bəzi valideynlər sosial şəbəkələrdə musiqi məktəbində direktorun vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO