İşdən çıxarılan başçının oğluna vəzifə verildi

İşdən çıxarılan başçının oğluna vəzifə verildi

Hazırda oxunan: İşdən çıxarılan başçının oğluna vəzifə verildi

129228
Nizami RPİ 25-ci PB-nin baş təhqiqatçısı Səlim Səlimov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov bir neçə gün öncə əmr imzalayıb.
 
Qeyd edək ki, S.Səlimov bir neçə il öncə daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşmışdı. Lakin ötən ilin fevralında nazir Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.
 
Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini olan Səlim Səlimov müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.
 
Xatırladaq ki, S.Səlimov Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğludur. A.Səlimov 3 mart 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO