Rusiyada

Rusiyada "Range Rover" oğurlayan azərbaycanlı saxlanılıb

Hazırda oxunan: Rusiyada "Range Rover" oğurlayan azərbaycanlı saxlanılıb

129144
Rusiyada "Range Rover" markalı avtomobili oğurlamaqda şübhəli bilinən 24 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" "Fontanka" nəşrinə istinadən xəbər verir ki, avtomobil martın 24-də oğurlanıb.
Bir müddət sonra maşın Sankt-Peterburqun Bronevaya küçəsində, ev 6-da yerləşən texniki xidmət stansiyası ərazisində aşkar olunub. Polisi hadisə yerinə ərazidə atışmanın olduğu barədə xəbər verən yerli sakinlər çağırıblar. Hadisə yerinə gələn Frunzen rayonu 12-ci polis bölməsinin əməkdaşları şübhəli şəxsləri saxlaya biliblər.
Üç nəfər - 24 yaşlı azərbaycanlı, 27 yaşlı Podporojya sakini və Krasnoe Selodan 24 yaşlı peterburqlu qadın "Nissan Teana" markalı avtomobil ilə hadisə yerindən qaçmağa çalışıblar, lakin buna müyəssər ola bilməyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO