"Davam” Gənclər Hərəkatının sədri AK Partidə görüşlər keçirdi - FOTO

Hazırda oxunan: "Davam” Gənclər Hərəkatının sədri AK Partidə görüşlər keçirdi - FOTO
12905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Davam” Gənclər Hərəkatının sədri fevralın 23-24-ü Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində olub. 

Bizim.Media oxu.az saytına istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 fevral İzmir toplantısında partiyanın Gənclər Birliyinin yeni sədri Eyyüp Kadir İnanın təqdimatından sonra o, 23 fevral tarixində vəzifəsinin icrasına başlayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

“Davam” ümumrespublika ağacəkmə aksiyası həyata keçirib - FOTO


AK Parti Mərkəzi Qərargahında Eyyüp Kadir İnanın ilk rəsmi görüşü Azərbaycandan olan “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə baş tutub. 

Görüş zamanı iki ölkənin sürətlə inkişaf edən iqtisadi-siyasi əlaqələri müzakirə olunub, gənclərin bu prosesdə fəal rol almaları ilə bağlı danışıqlar aparılıb.

Həmçinin Azərbaycanda yaşayan və Türkiyə vətəndaşı olan gənclərin də təmsil olunduğu birgə platforma qurulması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlıq layihələrinin icrası ilə bağlı iş planının hazırlanmasına başlanıb. 

Sonda xatirə fotosu çəkilib, Azərbaycanın dostu Eyyüp Kadir İnana Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə “Davam” Gənclər Hərəkatı adından təşəkkürnamə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO