Azərbaycanlı politoloq Türkiyənin nüfuzlu “Yook artık”x9d səhifəsindən yazdı

Azərbaycanlı politoloq Türkiyənin nüfuzlu “Yook artık”x9d səhifəsindən yazdı

Hazırda oxunan: Azərbaycanlı politoloq Türkiyənin nüfuzlu “Yook artık”x9d səhifəsindən yazdı

127257
“Atlas”x9d Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yook Artık”x9d səhifəsində Azərbaycanla bağlı yayımlanan elanı şərh edib.xa0

“Azərbaycan Kikboksinq Federasiyasının vitse prezidenti Səbuhi Rəcəb az müddət tanısam da, əməllərindən fərəh duyuram. Səbuhi Rəcəbin Bakıda bir neçə restoranı var və həmin restoranlarda şəhid ailələrinə verilən nahara görə pul alınmır. Səbuhi Rəcəb Ankarada xain partlayış nəticəsində həlak olan qardaş və bacılarımızın, ata və analarımızın xatirəsini də özünəməxsus şəkildə yad etdi. Özü təvazükar insandır, əməlləri haqqında danışmağı xoşlamır, dostum Elnur Eltürk aşağıdakı şəkli mənə göndərməsəydi, bu aksiyadan da xəbər tutmayacaqdım. Səbuhi Rəcəbin sahibi olduğu restoranlarda Türkiyədə şəhid olan insanlar üçün ehsan verilir. Deyərdim ki, bu İlham Əliyevin Ərdoğanı çətin durumdan qurtararaq Ankaraya səfər etməsi qədər dəyərli addımdır. Təsadüfi deyil ki, bu gün Türkiyənin sosial şəbəkələrində İlham Əliyevin Ankaraya səfəri müzakirə olunduğu qədər Səbuhi qardaşımızın bu elanı da böyük dəstək qazanıb. Sahibkar yalnız o şəxs deyil ki, pul qazanıb ancaq maliyyə imkanlarını artırmaq haqqında düşünməlidir. Sosial məsuliyyət və dövlətin, millətin ağır günündə sözdə deyil əməli ilə yanında olmaq kimi dəyərlər də var var ki, Səbuhi Rəcəb hər ikisinin daşıyıcısıdır. Təşəkkürlər! Bu nümunənin başqa sahibkarlarımıza da örnək olmasını diləyirəm.”x9d
Xatırladaq ki, səhifədə elana 50 mindən çox layk gəlib və yüzlərlə insan şərh yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO