"Maqnit qasırğasının 3-cü günüdür" - Meteohəssaslara XƏBƏRDARLIQ

Hazırda oxunan: "Maqnit qasırğasının 3-cü günüdür" - Meteohəssaslara XƏBƏRDARLIQ
127177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yer kürəsində güclü maqnit qasırğası üçüncü gündür, davam edir, onun təhlükə səviyyəsi son sutka ərzində azalmayıb”.

Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu barədə Rusiyanın akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

Kosmik havanın monitorinqi məlumatlarına əsasən, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G3 səviyyəsində (beş indikator miqyasında güclü: G5 - çox güclü, G-1 - zəif) qalmaqda davam edir.

G3 səviyyəsində - Yer kürəsində rabitəylə bağlı problemlərlə yanaşı, enerji sistemlərinin təhlükəsizlik sistemlərində yanlış həyəcan siqnalları qeydə alına bilər, yağ transformatorları “qaynaya bilər”.

Həmçinin G3 səviyyəsində isə orta enliklərdə qütb parıltıları müşahidə edilə bilər.

Qeyd edək ki, maqnit qasırğaları meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Bunun təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər.

Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO