"Prezidentə hədiyyə vermək istəyirəm"

Hazırda oxunan: "Prezidentə hədiyyə vermək istəyirəm"
125216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
..Yaxşı yadımdadır, 1993 - cü ildə Heydər Əliyev kimi bir şəxsiyyətin anadan olmasının 70 illiyi çoxlarının heç yadına da düşmədi. Bu yubiley respublika səviyyəsində qeyd olunmadı. Yubiley günü yalnız "Səhər" qəzetində təbrik və Heydər Əliyevin portreti dərc edilmişdi. O vaxtkı respublika rəhbərliyi isə bu böyük insana bir - neçə cümləlik təbrik teleqramı göndərməklə kifayətlənmişdi ki, həmin teleqram da mətbuatda öz əksini tapmamışdı...

Heydər Əliyevin anadan olmasının 75 illiyi isə Azərbaycanda böyük təntənə ilə qeyd olundu. Biri yubiley münasibətilə şeir yazdı, biri mahnı bəstələdi, biri xalça toxudu. Hərə bacardığı işlə xalqımızın böyük oğluna öz məhəbbətini yetirdi. Mən də çox düşündüm, axırda "Sözdən hədiyyə olarsa..." adlı kiçik bir məqalə yazıb "Səhər" qəzetinin 8 may 1998 - ci il tarixli nömrəsində dərc etdirdim:
xa0
"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ad günü ərəfəsində mən onun özü haqqında yox, oğlu haqqında söz demək istəyirəm. Nə mənim hədiyyə almağa imkanım var, nə də hörmətli prezidentimizin mənim hədiyyəmə ehtiyacı. Amma Prezidentə hədiyyə vermək istəyirəm. Jurnalistin nə hədiyyəsi ola bilər? Əlbəttə, söz! Ürəkdən deyilən, həqiqəti əks elətdirən söz...Ata üçün övladı haqqında xoş söz eşitməkdən qiymətli heç nə ola bilməz...


...Mən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse - prezidenti İlham Əliyevlə heç vaxt ünsiyyətdə olmamışam. Onu ara - sıra televiziya proqramlarında görür, müxtəlif tədbirlərlə bağlı xəbərlərdə adını eşidirdim. Amma İlham Əliyev haqqında fikrim yox idi. Nə müsbət, nə də mənfi...Bəziləri kimi mən də düşünürdüm ki, prezident oğludur, vəzifə veriblər, deputat seçiblər, o da bizim kimi işə gedib - gəlir. Amma belə deyilmiş...

...Bu günlərdə Azərbaycan Televiziyası İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərini əks etdirən silsilə verilişlər göstərdi. Mən yüz minlərlə sadə televiziya tamaşaçısı adından AzTV rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz İlham Əliyevin sözün həqiqi mənasında kim olduğunu gördük. Bu cavan mütəxəssis hamımızda xoş duyğular oyatdı. İngilis dilində çıxışlar etmək, tanınmış adamların suallarına səviyyəli, dəqiq, təmkinli cavablar vermək asan iş deyil. Özü də söhbət təkcə İlham Əliyevin çalışdığı neft sahəsindən getmirdi. Azərbaycan haqqında hərtərəfli məlumat almaq istəyirdilər və İlham Əliyevin cavabları, mövqeyi onları təmin edirdi. Mən də bu dialoqlara baxdıqca daxili rahatlıq, məmnunluq hissi keçirirdim. İlham Əliyevin simasında Azərbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edə biləcək bir mütəxəssis gördüm.


Bəlkə də bu mövqe hər işdə kriminal axtaran müxalifətçi həmkarlarımı təmin etməyəcək. Ancaq yaxşıya yaxşı demək mənim peşə vəzifəmdir. Heydər Əliyev təkcə Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etməmiş, həm də Vətənə, xalqa layiq övlad yeyişdirmişdir. Biz bu övlada - İlham Əliyevə böyük ümidlər bəsləyirik!"

...Ümummilli liderimiz mənim bu qeyri - adi hədiyyəmi maraqla, təbəssümlə qarşılamışdı...Bu yazını yenidən çapa hazırlayanda o illərin mətbuatını, arxiv sənədlərini bir də nəzərdən keçirdim. Məlum oldu ki, 18 il əvvəl İlham Əliyev haqqında yazdığım qeydlər bu qəbildən olan ilk mətbu materialdır. Bax, mənim jurhalist taleyim belədir. Ona görə də taleyimdən çox razıyam...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO