
- A-
- A
- A+
Yeni PUA-lar hava hücumunu dəf edə biləcək - Bayraktardan açıqlama
“Akıncı” PUA-ları hava hücumunu dəf etmək qabiliyyətinə malikdir.
Bizim.Media xəbər verir ki, bunu “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuk Bayraktar ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, 6 ədəd “Akıncı” PUA Türkiyə ordusunun arsenalına daxil ediləcək:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda səsdən sürətli "Göksungur" PUA-ları olacaq - FOTO
“Bu PUA-lar 1350 kiloqram ağırlığında yük daşıma qabiliyyətinə malikdir. Bildiyiniz kimi, “Bayraktar TB2” Aralıq dənizinin şərq hissəsində və Egey dənizində qazma işləri aparan türk gəmilərini qoruyur.
Hazırda kəşfiyyat xarakterli vəzifələri icra edirlər. Ancaq ehtiyac yaranarsa, “Akıncı” lazım olan yükləri daşıyaraq dəniz üzərindəki hədəflərə hücum edə bilər”,- deyə Bayraktar açıqlamasını bitirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































