Polis Goranboyda əməliyyat keçirdi - Tutulan var - FOTO

Polis Goranboyda əməliyyat keçirdi - Tutulan var - FOTO

Hazırda oxunan: Polis Goranboyda əməliyyat keçirdi - Tutulan var - FOTO
124379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Elçin Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E. Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi 2 kq 0.45 qram “heroin” aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun narkotik maddəsini İran vətəndaşından aldığı müəyyən olunub. Dindirilimə zamanı E. Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 əməliyyat-axtarış tədbiri baş tutub. 

Ümumilikdə 4 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsir edici narkotik maddə təşkil edir.

Bizim.Media

Polis Goranboyda əməliyyat keçirdi - Tutulan var - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO