Gəncədə QARƏT - Marketdən 166 min manat olan seyf aparıldı - FOTO

Gəncədə QARƏT - Marketdən 166 min manat olan seyf aparıldı - FOTO

Hazırda oxunan: Gəncədə QARƏT - Marketdən 166 min manat olan seyf aparıldı - FOTO

124018

Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edilib ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. 
Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO