Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO

Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO

Hazırda oxunan: Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO
12343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik  qopan hissə” başa düşülür);

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- hər iki əlin bilək oynağından amputasiyası.

II dərəcə əlillik müddətsiz təyin edilir:

- bir budun güdülü;

- bir əlin güdülü.

III dərəcə əlillik müddətsiz təyin edilir:

- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası  (amputasiya dedikdə  travmatik qopması). 

Bizim.Media

Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO - foto 1
Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO - foto 2
Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO