Gömrük Komitəsinin generalları nə qədər pensiya alırlar?

Gömrük Komitəsinin generalları nə qədər pensiya alırlar?

Hazırda oxunan: Gömrük Komitəsinin generalları nə qədər pensiya alırlar?
122074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha artıq pensiya alırlar.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10140 manatdır.

Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışıb, yüksək rütbə daşıması ilə bağlıdır.

Səfər Mehdiyevdən əvvəl Komitənin sədri olmuş general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.

2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya verilir.

Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.

Qeyd edək ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya verilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO