Bakıda əməliyyatda “Şestoy Vüsal” saxlanıldı - VİDEO 

Bakıda əməliyyatda “Şestoy Vüsal” saxlanıldı - VİDEO 

Hazırda oxunan: Bakıda əməliyyatda “Şestoy Vüsal” saxlanıldı - VİDEO 
121633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib.

Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, həbs edilən Vüsal Əliyev kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınıb. Onun Binəqədi və Nəsimi rayonlarının müəyyən hissələrində nüfuz sahibi olduğu bildirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO