Samuxda həmkəndlisini yumruqla öldürən şəxs SAXLANILDI 

Samuxda həmkəndlisini yumruqla öldürən şəxs SAXLANILDI 

Hazırda oxunan: Samuxda həmkəndlisini yumruqla öldürən şəxs SAXLANILDI 

121589

Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. 

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölməsi barədə məlumat daxil olub. 

Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub. 

R.Bəşirov şübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO