EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

Hazırda oxunan: EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq
121136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq. 

Bizim.Media EBRD-yə istinadən xəbər verir ki, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılıb. 

Məlumata görə, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda - beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərinin inkişafı etdirməsinə dəstək verəcək. 
Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərini şaxələndilməsi üçün əlavə gəmilərin alınması ilə "rəqabət" keçid keyfiyyətini yüksəltməyə, həmçinin şirkətin beynəlxal sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO