Bakıda avtomobil divara çırpıldı - 5 qadın xəsarət aldı - FOTO

Bakıda avtomobil divara çırpıldı - 5 qadın xəsarət aldı - FOTO

Hazırda oxunan: Bakıda avtomobil divara çırpıldı - 5 qadın xəsarət aldı - FOTO
120071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Aytəkin Sadıqova “Hyundai” markalı avtomobildə qəfil sükana nəzarəti itirib.

Nəticədə maşın divara çırpılıb. Qəza zamanı sürücü A.Sadıqova bud sümüyünün sınığı, sərnişinləri 1982-ci il təvəllüdlü Kənarə Salmanova döş qəfəsi sümüklərinin sınığı, 1979-cu il təvəllüdlü Turan Mehdiyeva isə bilək sümüyünün sınığı diaqnozları ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Digər iki sərnişin qadının isə həyatı üçün təhlükə olmadığı üçün onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO