Şəhid əsgərimizin hamını göz yaşına boğan qız dostuna yazdığı son mesajı  -Foto

Şəhid əsgərimizin hamını göz yaşına boğan qız dostuna yazdığı son mesajı -Foto

Hazırda oxunan: Şəhid əsgərimizin hamını göz yaşına boğan qız dostuna yazdığı son mesajı -Foto

119844
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran ilə bağlı yeni məlumatlar ortaya çıxıb.xa0
xa0
BAKU.WS-in məlumatına görə, İmran Mirzəyevin Türkiyənin Bursa şəərində yaşadığı məlum olub. Şəhid olmuş əsgər 54 gün sonra tərxis olacaqdı. Bursanın Mustafakemalpaşa rayonunun Kumkadı məhəlləsində yaşadığı öyrənilən Mirzəyev bu barədə öz şəxsi Facebook səhifəsində də yazıb.xa0



Mustafakemalpaşa rayonunda yaşayan və məktəbi orada oxuyan Mirzəyevin şəhid olduğu xəbəri Bursadakı sinif yoldaşlarını göz yaşlarına boğub. Əsgər İmran Mirzəyev Yevlax şəhərində dəfn edilib.xa0
xa0
Şəhidin qız dostlarından biri İmran haqqında yazı paylaşıb. Qız son mesajına cavab verə bilmədiyi üçün İmrandan üzr istəyib. Bu mesaj əsgərin yaxınlarını kədərləndirib.xa0



Xatırladaq ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO