Şamxal Həsənli Dubayda əmlak əmirliyi qurur ? - FOTOFAKT

Şamxal Həsənli Dubayda əmlak əmirliyi qurur ? - FOTOFAKT

Hazırda oxunan: Şamxal Həsənli Dubayda əmlak əmirliyi qurur ? - FOTOFAKT
11928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli atası vəzifədən getdikdən sonra ABŞ-a köç edib.

Bizim.Media xəbər verir ki, bir müddətdir gözdən itən Şamxalın bu yaxınlarda xaricdə, əsasən də Birləşmiş Ərəb Əmirliyində daşınmaz əmlak aldığı ortaya çıxıb. Məsələnin təəccüblü tərəfi isə bunu Həsənlinin özünün bəyan etməsidir. Belə ki, atası Əli Həsənov yaratdığı media mafiyası sayəsində milyonlarla qazansa da hər zaman özünü və ailəsinin qazanclarını kölgədə saxlamaq üçün əlindən gələni edib.

Şamxal Həsənlinin məşhur “Trustpilot” nəşrində Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyi barədə rəy yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO

“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı


“Trustpilot” portalında qeydiyyatdan keçən Ş.Həsənli öz yaşayış yeri kimi ABŞ-ı göstərib. Şamxal Həsənli  “Provident” şirkətinin rəhbəri Hend Kərəm ilə yaxın münasibətindən yazaraq, daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənləri  Kərəmlə əməkdaşlığı tövsiyyə etməyi də unutmayıb.
 

“Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə onu reklam etdiyi üçün xoş sözlər yazaraq, gələcəkdə də birlikdə əməkdaşlıq etməkdən çox məmnun olacaqlarını qeyd edib. 


“Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.

Bizim.Media


Şamxal Həsənli Dubayda əmlak əmirliyi qurur ? - FOTOFAKT - foto 1

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO