Azərbaycan üzərindən Çinə yola salınan ilk yük qatarı Çin səddinə çatıb...

Azərbaycan üzərindən Çinə yola salınan ilk yük qatarı Çin səddinə çatıb...

Hazırda oxunan: Azərbaycan üzərindən Çinə yola salınan ilk yük qatarı Çin səddinə çatıb...

119135
Ukraynanın Rusiyadan yan keçməklə Azərbaycan üzərində Çinə yola saldığı ilk yük qatarı Çin səddinə çatıb.xa0

Moderator.az Ukraynanın infrastruktur nazirliyinin rəsmi saytına istinadən xa0xəbər verir ki, yanvarın 15-də xa0Rusiyadan yan keçməklə İpək yolu marşrutu ilə xa0Gürcüstan,Azərbaycan və Qazaxstandan keçməklə yol salınan ilk yük qatarı yanvarın 31-də Çin sərhəddinə çatıb. Yük qatarı xa0Qazaxstanın Dostluq stansiyasına yetişib və bu stansiya İpək yolu marşrutunun son dayanacağıdır. Bundan sonra yük Çinin Quançjou, Çunçin, Lyanyun kimi iri sənaye şəhərlərinə göndədrləcək.
Nazirliyin verdiyi məlumata görə, qatar 15,5 günə nəzərdə tutulan məntəqəyə gəlib. Baxmayaraq ki, yük qatarının 11-12 günə nəzərdə tutulan mənətəqəyə gəlişi nəzərdə tutulurdu. Geçikməyə səbəb Qara dənizdəki qeyri-münasib şturmalı hava şəraitinin olması, həmçinin Qazas=xstanın tərəfinin hazırsızlığı olub.

xa0Nazirlikdən o da bildirilib ki, bu test xa0reysi olduğundan proses çox normal həyata keçib. Biz gələcəkdə bu İpək yolundan requlyar isitfadə etmək niyyətindəyik.
Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy deyib ki, bu marşrut xa0yükdaşıma qiymət siyasətinə görə Rusiya xa0yolu ilə rəqabətə girə bilər.

xa0Qeyd edək ki, bununla bağlı “Azərdəmiryol”x9dSC-nin rəhbəri Cavid Qurbanovun rəhbərliyi ilə təntənəli mərasim keçirilib. Onu da əlavə etmək lazımdıər ki, C. Qurbanovun bu quruma rəhbər gəlməsindən sonra ölkədə dəmiryol infrastrukturunda ciddi canlanma müşahdə olunmaqdadır. Bu təkcə yükdaşımaların həcminin artımı ilə deyil, eyni zamanda dəmiryol infrastrukturunun xa0inkişaf etməsi və təkmillədirilməsində də gözəçarpacaq dərəcədə xa0işlər görülüb.xa0
Azərbaycanın xa0 yekdaşımada tranzit ölkəyə çevrilməsində dəmoryol infrastrukturunun müstəsna xidməti var ki, bu siyasət də “Azərdəmiryol”x9d SC-nin indiki rəhbəri C. Qurbanoun rəhbərliyi altında uğurla davam etdirilir.xa0

İstər “Şərq-Qərb”x9d, istərsə də “Şimal-Cənub”x9d dəmiryol layihələri istiqamətində son dövrlərdə ciddi işlər gedir. Şərq-Qərb layihəsi olan Bakı-Tbilisi-Kars dəmiryolunun 2016-cı ilin sonuna kimi, Şimal-Cənub dəmiryolunun isə növbəti xa0ildə istifadəyə xa0verilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi artıq Şimal-Cənub layisi çərçivəsində Azərbaycan və İran dəmiryollarının birləşdirilməsi istiqamətində konkret fəaliyyətə başlaıyb. xa0Bu məqsədlə Qəzvin-Rəşt-Astara dəmiryolunu tikintisinə başlanılıb. xa0Bu layihə çərçivəsində Azərbaycan tərəfi Astara çayı üzərində xa0dəmoryol körpüsü də tikəcək
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO