5 minə yaxın şəxs məktəb direktoru olmaq istəyir

5 minə yaxın şəxs məktəb direktoru olmaq istəyir

Hazırda oxunan: 5 minə yaxın şəxs məktəb direktoru olmaq istəyir
11875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4 992 namizəd elektron qeydiyyatdan keçib.
 

MÖVZU İLƏ BAĞLI:

V-IX siniflər üzrə ənənəvi tədrisə başlanıldı - Bakı, Sumqayıt və Abşeronda


Onlardan 3743 nəfəri elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir.

Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Nəzərinizə çatdırırıq ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO