Moderator.az-ın baş redaktoru

Moderator.az-ın baş redaktoru "Odlar Yurdu"nda imtahanın gedişini izlədi

Hazırda oxunan: Moderator.az-ın baş redaktoru "Odlar Yurdu"nda imtahanın gedişini izlədi

118584
Bu gün Odlar Yurdu Universitetinin (OYU) 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxanasının yeni modelinin-elektron kitabxana portalının tələbə və müəllim heyətinin istifadəsinə verilməsinin təqdimat mərasimi keçirilib.xa0

Moderator.az xəbər verir ki, təqdimat mərasimində OYU-nun professor-müəllim heyəti, tələbə kontingenti və digər qonaqlar iştirak edirdi.

İştirakçılar öncə universitetin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzdükdən sonra kitabxanada toplandılar. Tədbiri giriş sözü ilə OYU-nun rektoru professor Əhməd Vəliyev açıq elan edərək, elektron kitabxana haqqında geniş məruzə ilə çıxış etdi.xa0


Rektor qeyd etdi ki, ümumilli lider Heydər Əliyevin xeyir duası ilə təməli qoyulmuş Odlar Yurdu Universiteti 1995-ci ildən fəaliyyət göstərir: "Yarandığı gündən bəri , Odlar Yurdu Universiteti müasir texnologiyaları və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya edir. Universitetimiz Avrasiya və ABŞ-ın aparıcı universitetləri ilə geniş əməkdaşlıq əlaqələri qurub. Bu da universitetin tələbə və müəllimlərinə öz işlərinin səmərəliliyini artırmaq üçün imkanlar yaradır. Universitetimizin başlıca məqsədi Azərbaycan cəmiyyətində və dünya mühitində xa0rəqabət apara bilən yüksək bilikli xa0və bacarıqlı, professional, milli və mənəvi dəyərlərimizə sadiq olan mütəxəssis və liderlərin hazırlanmasıdır. Azərbaycanın ən zəngn elmi ali məktəb kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanası 1995-cı ildə yaradılıb. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Kitabxana öz fondunu daim genişləndirdiyindən, Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir xa0və oxucularını xa0istənilən elm sahəsində kitablarla təmin edir. Kitabxanın oxu zalında Heydər Əliyev irsinin tədqiqat mərkəzi yaradılıb. Oxucular öz siyasi biliklərini artırmaq üçun bu mərkəzdən istifədə edirlər. Bu da oxucu kütləsinin daha da artmasına xidmət edir. Kitabxanada “Nadir kitab fondu”x9d xa0var. Bu fondda nadir xa0nüsxə kitablar vardır ki, bunlardan yalnız xa0oxu zalında istifadə edilir. Ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq 2003-cü ildə xa0OYU-da elektron kitabxana xa0yaradılmış və tələbələrimizin istifadəsinə verilmişdir.

Elektron kitabxanada Respublikamızın Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti xa0elektron nəşrdə verilmişdir. Burada xa0prezidentimizin xarici siyasət fəaliyyətinin xronikası-xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, xarici xa0siyasətlə bağlı qanun,fərman və sərəncamların xronikası, xarici ölkələrə səfərlərin fotoxronikası xa0öz əksini xa0tapmışdır.

Tələbələrimiz həmçinin Heydər Əliyev fondunun kitabxanasına daxil olmaqla burada yerləşdirilmiş kitabların elektron variantını oxuya bilərlər.

Portalın informasiya resursları isə aşağıdakı xa0rubrikalar əsasında oxuculara təqdim olunur: Burada kitabxana haqqında, işçilər haqqında və kitabxanadan istifadə qaydaları yerləşdirilib. Elektron kitablar rubrikasında bütün bölmələr üzrə azərbaycan,rus və ingilis dilində kitablar yerləşdirilmişdir ki, tələbərimiz istənilən bölməyə daxil olmaqla kitabları oxuya bilər.xa0

Elektron jurnallar rubrikasında xa0elmi jurnallar və Odlar Yurdu Universitetinin elmi pedaqoji xa0xəbərləri xa0jurnalı öz əksini tapmışdır. Dissertasiyalar və avtoreferatlar xa0rubrikasında xa0tələbələr elekton formada xa0istənilən mövzunu yazmaqla seçim apara bilər.

Elektron xidmətlər rubrikasında xa0elektron kataloq və On-line biblioqrafiq sorğu yerləşdirilmişdir.Burada tələbə biblioqrafik axtarış aparır, kitabxanaçı ilə istənilən zaman xa0biblioqrafik sorğu xa0xidməti vasitəsilə əlaqə saxlaya bilər.

Dünya kitabxanaları rubrikasında xa0Azərbaycan, Rusiya Türkiyə və Dünya milli kitabxanalarına daxil olmaqla orada yerləşdirilən elektron kitabları oxumaq olar.

Qanunvericilik rubrikasında xa0Azərbaycan Respublikasının xa0Konstitusiyası, xa0Azərbaycan qanunvericilik xa0bazası yerləşdirilib.

Elektron kütləvi informasiya vasitələri rubrikasında xa0 Azərbaycan və Rusiyada nəşr olunan qəzetləri oxumaq, xa0Azərbaycanın əsas xəbər portallarına daxil olub məlumatları əldə etmək mümkündür. Elektron portalda tələbələrin adı, soyadı və E-mail ünvanı yerləşdirilibdir ki, buda kitabxanaçıya tələbənin portaldan xa0nə qədər və nə vaxt istifadə etdiyinə nəzərət imkanı verir".


Rektorun məruzəsindən sonra videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə iştirak edən qonaqlardan təhsil ekspertləri Etibar Əliyev və Nadir İsrafilov, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə elektron kitabxana haqqında öz fikirlərini iştirakçılarla bölüşdülər.xa0

Tədbirin sonunda Etibar Əliyev, Nadir İsrafilov və Zülfqar Hüseynzadə Odlar Yurdu Universitetində hazırda keçirilən semestr imtahanlarının gedişatı ilə tanış oldular.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO