Millət vəkili: “Kəpəz”-in azarkeşinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb” - FOTO

Millət vəkili: “Kəpəz”-in azarkeşinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb” - FOTO

Hazırda oxunan: Millət vəkili: “Kəpəz”-in azarkeşinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb” - FOTO
117725
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Premyer Liqasının XX turunda "Səbail" “Kəpəz” oyununun fasiləsində azarkeşlər arasında mübahisə düşdüyü və stadiondan kənarda azarkeşlərdən birinin bıçaq xəsarətləri alması barədə məlumat aldıq. Biz həmin vaxt oyunu izləmək üçün stadionda idik. Xəsarət alan Kəpəz futbol klubunu azarkeşi 26 yaşlı Rahib adlı gənc dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və əməliyyat olunub. Mən həkimlə danışdım və o bildirdi ki, Rahib ayaq nahiyəsindən, budundan bıçaq xəsarəti alıb, yara dərin olsa da həyatı üçün heç bir təhlükə yoxdur”.  

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna "Kəpəz"in İdarə Heyətinin üzvü, Millət Vəkili Müşfiq Cəfərov verib.  
 

MÖVZU İLƏ BAĞLI:

"Səbail" - "Kəpəz" matçından sonra azarkeş bıçaqlandı


Onun sözlərinə görə, xəstəxanada onunla bərabər "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeşlər xəsarət almış gənci tək buraxmayıblar.  

“Mən dərhal Səbail rayon polis şöbəsi ilə əlaqə saxladım. Bildirdilər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və hazırda istintaq araşdırması aparılır. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək. Biz-“Kəpəz” futbol klubunun rəhbərliyi bu məsələni diqqətdə saxlayacağıq və yaralanan gəncə tezliklə sağalaraq sıralarımıza dönməyi arzu edirik”,- deyə Millət vəkili əlavə edib.  

Millət vəkili: “Kəpəz”-in azarkeşinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb” - FOTO - foto 1
Millət vəkili: “Kəpəz”-in azarkeşinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb” - FOTO - foto 2

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO