"Səbail" - "Kəpəz" matçından sonra azarkeş bıçaqlandı

Hazırda oxunan: "Səbail" - "Kəpəz" matçından sonra azarkeş bıçaqlandı
117712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb. 

Bizim.Media "Report"a istinadən xəbər verir ki, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib. 

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib. 
Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib. 

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO