Türkiyədəki təlimlərdə Azərbaycan Ordusunun hərbi texnikaları nümayiş olunub - FOTO

Türkiyədəki təlimlərdə Azərbaycan Ordusunun hərbi texnikaları nümayiş olunub - FOTO

Hazırda oxunan: Türkiyədəki təlimlərdə Azərbaycan Ordusunun hərbi texnikaları nümayiş olunub - FOTO
117440
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusuna məxsus silah və hərbi texnikalar Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə axtarış-xilasetmə, ortaq əməliyyatlarda əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, bölmələrin döyüş qabiliyyətlərinin yoxlanılması, manevr bacarıqları və başqa istiqamətlərdə məşqlər keçirilib.
Təlimlərdə Azərbaycanla yanaşı Kosovo və İtaliya Silahlı Qüvvələrinə məxsus silah və hərbi texnika da nümayiş etdirilib.

17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə, həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO