Səhiyyə Nazirliyi qriplə bağlı ÇAĞIRIŞ ETDİ 

Səhiyyə Nazirliyi qriplə bağlı ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Səhiyyə Nazirliyi qriplə bağlı ÇAĞIRIŞ ETDİ 
116619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Virusun kəskin dövrü var və bu, ilk 5-6 gün davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə mücariət etmək və müalicə almaq lazımdır”.

Ə.Quliyev vurğulayıb ki, uşaqlarda temperaturun 5 gündən çox davam etməsi təhlükəlidir.

O deyib ki, uşaqlarda 4-5-gündən artıq temperatur salan dərman istifadəsinə baxmayaraq, temperatur düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır:

“Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5 gündən çox düşməməsi təhlükəlidir”.

Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarının quruması yüksək temperatur zamanı ola bilər:

“Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO