Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı

Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı "Zəfər" altsisteminə daxil edilib- MN 

Hazırda oxunan: Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı "Zəfər" altsisteminə daxil edilib- MN 
113395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib. 

MN-dən Bizim.Media-ya verilən məlumata görə, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir. 

Bildiririk ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.
Bundan başqa 1188 nəfər vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub. 

Qeyd edilib ki, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Bizim.Media

Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı
Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı
Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı
Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı
Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı
Vətən müharibəsi iştirakçılarından 84 423 nəfərin adı

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO