Evdən meyiti çıxan 4-cü şəxsin kimliyi niyə tapılmır?

Evdən meyiti çıxan 4-cü şəxsin kimliyi niyə tapılmır?

Hazırda oxunan: Evdən meyiti çıxan 4-cü şəxsin kimliyi niyə tapılmır?
113349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda yerləşən mənzillərdən birində 4 nəfərin meyiti tapıldı. 

Bizim.Media “qafqazinfo.az” a istinadən xəbər verir ki, həmin 4 şəxsdən üçünün kimliyi artıq müəyyən edilsə də, bir nəfərin kim olması hələ də məlum deyil.

Hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparsalar da, meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Əldə edilən məlumata görə, dördüncü şəxsin hər hansı qohumu və ya yaxını aidiyyəti üzrə müraciət etmədiyi üçün onun kimliyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. 

Qonşuluqda yaşayan sakinlərin məlumatına görə, evdəki şəxslər bayram günü-dekabrın 31-də vəfat etdikləri üçün onların bədənində müəyyən qədər erroziya gedib. 

Bununla belə, onlardan üçünün 19 yaşlı Kamran Allahverdiyev, onun dostu Kənan Nəzərov və 1991-ci il təvəllüdlü Pərvin Səfərlinin kimliyi müəyyən olunub.

Xatırladaq ki, ölənlərdən Kamran Allahverdiyev Sumqayıt sakinidir. O və dostu Kənan Nəzərovun 5 gündür ki, itkin düşmüşdü. Pərvin Səfərli isə həmin evdə kirayədə qalırmış. Onun yaxınlıqdakı bazarda işlədiyi bildirilir. İlkin ehtimallara görə, onların ölümünə səbəb dəm qazından boğulmalarıdır. Lakin bu barədə dəqiq məlumat ekspertiza rəyindən sonra bəlli olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO