Bakıda bayram günü neçə nəfər xəstəxanalara yeləşdirilib? - RƏSMİ

Bakıda bayram günü neçə nəfər xəstəxanalara yeləşdirilib? - RƏSMİ

Hazırda oxunan: Bakıda bayram günü neçə nəfər xəstəxanalara yeləşdirilib? - RƏSMİ
112691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bayram günü tibb müəssisələrinə 2660 çağırış daxil olub, onlardan 238 nəfəri paytaxt xəstəxanalarına yerləşdirilib.

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir.
Qeyd olunub ki, bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb:

"Belə ki, 2022-ci il dekabrın 30-da ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, dekabrın 31-də isə ümumi çağırış sayı 2 660, hospital olunanların sayı 238 olub. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO