Xətai rayonunda 2 küçə əsaslı təmir edildi – VİDEO

Xətai rayonunda 2 küçə əsaslı təmir edildi – VİDEO

Hazırda oxunan: Xətai rayonunda 2 küçə əsaslı təmir edildi – VİDEO

112277

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələri əsaslı təmir edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən sözügedən küçələrdə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı tikilib, küçələr profilə salınıb, yol əsası işlənilib, yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.

Sonda üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO