"Onlar bunu dərk etsəydilər, lətifəyə çevrilmiş "ermənilərin işidir" arqumentini bayraq etməzdilər "

Hazırda oxunan: "Onlar bunu dərk etsəydilər, lətifəyə çevrilmiş "ermənilərin işidir" arqumentini bayraq etməzdilər "

112077
"Zənnimcə hakimiyyət təmsilçiləri ABŞ və Avropanın Azərbaycana qarşı tətbiq edə biləcəkləri sanksiyaların miqyasını və nəticəsini dərk etmirlər. Dərk etsələr, artıq lətifəyə çevrilmiş, "ermənilərin işidir" arqumentini yenə bayraq etməzdilər. Ölkəni fəlakətə sürükləməmək üçün bunu dərk edib, təcili müvafiq addımlar atmaq lazımdır. Bunun üçün, birinci növbədə müxalifətə və müxalif fikirli insanlara münasibət köklü şəkildə dəyişməli, bu motivlərlə həbsdə olanlar təcili, heç bir seçmə,olmadan, yalançı əfv ərizələri yazdırmadan azad olunmalı və islahatlara başlanmalıdır. Ancaq təcili atılacaq bu addımlar həm hakimiyyət təmsilçilərini, həm də Dövləti bu fəlakətdən qurtara bilər. Rusiya kimi nəhəngi diz çökdürmüş ABŞ və Avropa üçün Azərbaycan ciddi bir qüvvə deyil. Bu gün artıq seçim etmək vaxtıdır."

Aslan İsmayılov, tanınmış hüquqşunas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO