Son günlərdə televiziya kanalları, xüsusilə də özəllər bir sıra sənət adamları tərəfindən ciddi tənqid atəşinə tutulur. Yaşı 50-ni ötmüş bir çox müğənni televiziya proqramlarına dəvət almadıqlardan gileylənirlər. Bildirirlər ki, musiqili proqramlarda iştirak etmək üçün TV kanallarına, proqramların layihə rəhbərlərinə müəyyən məbləğdə pul ödəmək lazımdır.
Məsələn, Aşıq Məhərrəm Hüseynli qeyd edir ki, İctimai Televiziyanın əməkdaşı ondan yenicə açılmış bir verilişdə 30 dəqiqə iştirak etməsi üçün 300 manat, bir saatlıq verilişdə isə 600 manat istəyib. Bundan başqa müğənni Adil Vəliyev az əvvəl saytımıza açıqlamasında bildirmişdi ki, Nanənin verilişinə çıxmaq üçün gərək ki, ATV rəhbərinin saqqalının altından keçəsən. Həmçinin Xəzər telekanalında yayımlanan “5-də 5”x9d verilişinə çıxması üçün proqramın redaktorunun ondan min manat istədiyini demişdi. Bundan başqa müğənni Elza Qayıbova da Moderator.az-a açıqlamasında Nanə Ağamalıyevanın ona söz versə də bir daha verilişinə çağırmadığından gileylənmişdi.
Bəs görəsən bu hal, hansısa televizya proqramına çıxmaq üçün müğənnilərdən pul tələb edilməsi nə qədər doğrudur? Bəlkə elə müğənnilərin həmin proqramda iştirak etməsi özünü reklam sayılır və elə qaydası da belə olmalıdır, sadəcə biz bilmirik? Ümumiyyətlə televiziyaçılıqda bu hal nə qədər doğrudur?
Moderator.az-ın bu suallarını ömrünün çox hissəsini televiziyaya həsr etmiş peşəkar və sevilən jurnalist Telli Pənahqızı cavablandırıb.
Telli Pəhanqızı deyib ki, gileylənənlər əslində haqlıdır: "Mənim tanıdığım müğənnilərin, əlbəttə, siz dediyiniz yaşda olanların böyük əksəriyyəti-təbii ki, xalq və əməkdar artistlər istisna olmaqla- özəl TV-də efirə çıxmaq üçün müəyyən məbləğ ödəyirlər. Bu da gizli deyil ki, bu yayım şirkətlərində hər gün bu və ya digər verilişin qonağı olanlar da pul verməsələr onları kimsə dəvət etməz!”x9d
Telli Pənahqızı bunu doğru hal hesab etməsə də əziyyət çəkib az maaşla proqram hazırlayanların da özlərinə görə haqlı səbəbləri olduğunu vurğulayıb: “Məncə bu doğru hal deyil... Amma "bu işin bir balaca xərci var"- məsəlini də düşünənlər az deyil. Əslində bu məsələni belə də şərh etmək olar: səsini qoltuğuna vurub -yəni daha çox fonaqramla oxuyan- müğənnilər dəvət olunduqları məclislərdə bizim 5-10 illik qazancımızı tələb edirlərsə, ya da 15-20 dəqiqə üçün yenə də fonaqramma ilə oxuduqları mahnılara görə 7-10 min manat pul istəyirlərsə, verilişləri hazırlayanlar da niyə də cüzi maaşla gecə-gündüz zəhmət çəkib, başını, gözünü ağrıdan,əsəblərini tarıma çəkən və sağlamlığına ziyan verən işi üçün o havayı qazananlardan haqqını tələb etməsin?”x9d
Rumiyyə
































































































