Təqaüdə göndərilən general-leytenant Oruc Zalov kimdir? - DOSYE

Təqaüdə göndərilən general-leytenant Oruc Zalov kimdir? - DOSYE

Hazırda oxunan: Təqaüdə göndərilən general-leytenant Oruc Zalov kimdir? - DOSYE
110139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 1979-cu ildən daxili işlər orqanlarında xidmətə başlayan, Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 

1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. 

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub. Prezidentin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. 
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı”, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 8 dekabr 2022-ci il tarixli 3636 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Ailəlidir. Üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO