Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə - FOTO 

Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə - FOTO 

Hazırda oxunan: Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə - FOTO 
109234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan İqtisad Universiteti (UNEC) Zaqatala filialının bir qrup müəllim və tələbə heyəti Zəngilan rayonunun Ağalı kəndində olub, bir sıra görüşlər keçirib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna səfərdə iştirak edən filialın direktor müavini, dosent Həqiqət Qədimova məlumat verib.  

Direktor müavini bildirib ki, filialın əməkdaşları və tələbələrin vaxtaşırı olaraq işğaldan azad olunan rayonlara səfərləri təşkil edilir. Bu dəfəki səfərdə isə tələbə və müəllim heyəti Ağalı kəndində yerləşən "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olub.  

Sonra Ağalı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Məktəbin müəllim və şagirdləri qarşısında çıxış edən dosent Həqiqət Qədimova əvvəlcə onları UNEC Zaqatala filialının kollektivi adından salamlayıb və təhsillərində uğur diləyib.  
Direktor müavini məktəblilərə filial haqda ətraflı məlumat verib, gələcəkdə birgə əməkdaşlıq etməyə, fikir və təcrübə mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb.  

Ağalı kəndində prezidentin səlahətli nümayəndələri Aqil Qurbanov, Ceyhun Həsənov və Ağalı kənd tam orta məktəbinin direktoru Nərminə Həsənova çıxış edərək onları Zaqataladan ziyarətə gələn filial kollektivinə minnətdarlıq edib.  
Tədbirin sonunda dosent Həqiqət Qədimova prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəkli həkk edilən xalçanı Ağalı kənd tam orta məktəbinə xatirə olaraq təqdim edib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO