Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO 

Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO 

Hazırda oxunan: Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO 
108752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya vətəndaşı olan erməni əsilli aktyor, ermənipərəst mövqeyi ilə seçilən TNT kanalında yayımlanan komediya filmlərində rol alan Ararat Keşyan Azərbaycanın suveren ərazisində həyata keçirilən qanunsuz fəaliyyətə “maddi yardım” ayırıb. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycanın Ağdam rayonunun Ballıqaya kəndinin ərazisində uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı kimi çıxış edib. 

Bu məqsədlə “Biz birik” adlı layihəsinin “könüllü”ləri Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarəti və köməyi ilə Ballıqaya kəndinə tikinti materialları daşıyıblar. 

Bu zaman qanunsuz fəaliyyəti dayandırmalı olan Rusiya sülhməramlıları yenidən ermənilərə qarşı sevgilərini nümayiş etdiriblər. Təbii ki, sülhməramlılar qanunsuz fəaliyyətə əngəl olmaq əvəzinə növbəti dəfə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, Ararat Keşyanın göndərdiyi “yardım”ın daşınmasında fəhlə rolunu sülhməramlılar oynayıblar.
“Sülhməramlı fəhlələr” öz işlərini o qədər şövqlə görüblər ki, hətta separatçılar tikinti materiallarını əlcəklə daşıdıqları bir vaxtda, onlar buna ehtiyac belə duymayıblar. 

Bizim.Media

Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO  - foto 1
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO  - foto 2
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO  - foto 3
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO  - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO