Bu gün Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı S.Vurğun adına Mərkəzi Kitabxanada şəhər məktəbliləri ilə görüş keçirdi.
Görüşün keçirilməsində məqsəd məktəblilərdə vətənpərvərlik əhval-ruhiyyəsinin formalaşması, onlarda vətənə, bayrağa, millətə sevginin aşılanması, Azərbaycanın fəxri olan şəxsiyyətlərin tanıdılması, Milli Qəhrəmanların yad edilməsi xarakteri daşıyırdı. Görüşdə GƏC-nin direktoru Tamam Məsimova, direktor müavini İlham Səməd, üzvləri Vüsal Nəzərəov, Əliyar Günəş, Rövşən Ulduzxanoğlu iştirak edirdilər. Vətənpərvər ruhlu şeirləri ilə məktəblilərin ruhunu oxşayan əlil şairlər onların hərbi biliklərini yoxlamaq üçün verdikləri suallara məktəblilər böyük həvəslə cavab verir, şeirlər kitabı ilə mükafatlandırıldılar.
Azərbaycanın dövlət himninin ifası ilə başlayan tədbir himnimizin ifası ilə də sona yetdi.




































































































