Rabitə Nazirliyinə nazir əvəzi təyin olunan Ramin Quluzadə  kimdir?

Rabitə Nazirliyinə nazir əvəzi təyin olunan Ramin Quluzadə kimdir?

Hazırda oxunan: Rabitə Nazirliyinə nazir əvəzi təyin olunan Ramin Quluzadə kimdir?

108064
Moderator.az-ın əldə etdiyi məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi”x9d medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO