Avtobuslarda cibgirlik edən şəxslər saxlanıldı – FOTO/VİDEO

Avtobuslarda cibgirlik edən şəxslər saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Avtobuslarda cibgirlik edən şəxslər saxlanıldı – FOTO/VİDEO
106905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər.

Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Aşkarlanan faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Bizim.Media
 


Avtobuslarda cibgirlik edən şəxslər saxlanıldı – FOTO/VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO