“Yatırım” dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs tutuldu - FOTO/VİDEO 

“Yatırım” dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs tutuldu - FOTO/VİDEO 

Hazırda oxunan: “Yatırım” dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs tutuldu - FOTO/VİDEO 
106454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yatırım” adı altında piramida dələduzluq sxemi quran və yüzlərlə insanı aldadan şəxs həbs edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, son aylar votsap ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşların aldanılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə müraciətlər daxil olub. 

Qeyd edilən müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, bir neçə ay əvvəl “Vahid” adlı şəxs tərəfindən votsap mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib.

Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb. 
Baş İdarə əmədakdaşları tərəfindən keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. 

Sonda bir daha vətəndaşları onlayn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri təşkil edən şəxslərə, həmçinin “yatırım” adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırıq.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO