Çingiz doğma kəndinə qəhrəman kimi qayıtdı - FOTO

Çingiz doğma kəndinə qəhrəman kimi qayıtdı - FOTO

Hazırda oxunan: Çingiz doğma kəndinə qəhrəman kimi qayıtdı - FOTO

106040

Bu gün Qusarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid  Çingiz Qurbanovun doğum günü qeyd olunub.

Bizim.Media xəbər verir ki, ailə üzvləri, doğmaları, ayrı-ayrı kollektivlər və rayon ictimaiyyətinin nümayəndələri 2016-cı il dekabr ayının 29-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Çingizin 28  yaşını məzarı başında qeyd ediblər.

Məzarı önünə tər güllər düzülüb, ruhu hörmətlə anılıb. Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxışında deyib ki, Çingizin düşmən qarşısında əyilməzliyi, qəhrəmancasına şəhid olması onu bütün Azərbaycanın fəxri etdi.
Qeyd edək ki, ali texniki təhsili olan Çingiz Qurbanov 2016-cı ildə hərbi xidmətə yollanıbmış və həmin il dekabr ayının 29-da düşmən təxribatı nəticəsində şəhid olub. Çingizin nəşi 1 aydan çox çox Ermənistanla sərhəddə, düşmən tərəfdə qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyi və beynəlxalq təşkilatların köməyi ilə 2017-ci il fevral ayının 5-də Azərbaycan tərəfə təhvil verilib.

Qusar Şəhidlər Xiyabanında dəfn edilən Çinguz Qurbanovla vida mərasimində böyük izdiham yaşanmışdı. Prezidentin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz ailənin böyük oğlu idi.

Valideynləri Salman və Nailə Qurbanovlar Bizim.Media-ya bildiriblər ki, Çingizlə son telefon danışıqları 2016-cı il dekabr ayının 26-da olub. Anası ondan yanına gəlmək istədiklərini deyəndə Çingiz "Gəlməyin, özüm gələcəyəm" deyibmiş.

Həqiqətən Çingiz doğma rayonuna, doğulduğu Həzrə kəndinə erməniyə boyun əyməyən bir qəhrəman kimi qayıtdı.

Ruhu şad olsun!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO