Prezidentin arxalandığı insanlar, onların sayı nə qədərdir?

Prezidentin arxalandığı insanlar, onların sayı nə qədərdir?

Hazırda oxunan: Prezidentin arxalandığı insanlar, onların sayı nə qədərdir?

10489

2 fevral - Azərbaycan Gəncləri Günüdür. 

Azərbaycanda Gənclər Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Onun 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. 

 

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycan bu işdə də örnək olub.


Azərbaycanda gənclik yaşı “Gənclər siyasəti haqqında” qanuna 2007-ci ildə edilmiş dəyişikliklərə əsasən 29 yaşa qədərdir. İndi Gənclik yaşı 18-29 aralığında götürülür.

Gənc ailələrin ipoteka krediti almalarına şərait yaratmaq üçün isə gənclik yaşının həddi 35-də saxlanılıb. 35 yaşına qədər olan şəxslər ailə həyata quranda onlar gənc ailə hesab olunurlar.

Azərbaycan sözün bütün mənalarında gənc və gənclik dövlətidir. Ölkə əhalisinin 32 faizə qədərini gənclər təşkil edir.

Bu gün gənclər dövlət idarə etmə strukturlarında, qanunvericilik orqanlarında uğurla təmsil olunurlar.

Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. 

2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Ölkə başçısı 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

 

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz Şanlı Zəfər tarixini əbədi olaraq Azərbaycanın qəlbinə həkk etdilər.


Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan etməsi də gncliyə olan inam, sevgi və etimaddan irəli gəlib.

Çünki Dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO