Azərbaycanda deputatların sayı artırılacaq?  - AÇIQLAMA

Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA

103383
Milli Məclisə seçilən deputatların sayının artırılması məsələsi əvvəllər bir neçə dəfə qaldırılsa da, reallaşmayıb. Növbəti parlament seçkiləri ərəfəsi məsələ yenidən gündəmə gəlib. Ona görə ki, əhali və seçici sayı Azərbaycanla müqayisədə xeyli az olan ölkələrin bir çoxunda parlamentarların sayı ölkəmizlə müqayisədə çoxdur. 125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib. Bununla bağlı Konstitusiyanın 5-ci fəslinin Qanunvericilik hakimiyyəti bölməsindəki 82-ci maddədə qeyd olunub ki, Milli Məclis 125 deputatdan ibarətdir.

Hazırda ölkə əhalisinin sayı 9 milyondan çoxdur. Məhz bu fakta əsaslanaraq iddia edilir ki, ölkədə seçicilərin 2 milyonluq artımı deputatların sayını dəyişdirməyi diktə edir. 

Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli modern.az-a bildirib ki, deputatların sayı konstitusion bir rəqəmdir və Konstitusiyada qanunverici orqanla bağlı fəsildə bu öz əksini tapıb: 

“Deputatların sayında hər hansı dəyişikliklə bağlı hüquq ictimaiyyətində nə müzakirə aparılır, nə də belə dir ideya var. Şəxsi mövqeyimi soruşsanız, mən də bunun heç bir əsasının olduğunu düşünmürəm. Çünki əhalinin, seçicilərin sayının artması ilə deputatların sayının artırılması arasında heç bir bağlantı görmürəm”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO