“Övladlarımızın təhsil və tərbiyəsində yol verilən nöqsanlar bumeranq kimidir”x9d

“Övladlarımızın təhsil və tərbiyəsində yol verilən nöqsanlar bumeranq kimidir”x9d

Hazırda oxunan: “Övladlarımızın təhsil və tərbiyəsində yol verilən nöqsanlar bumeranq kimidir”x9d

78901

Son bir ildə Azərbaycandan xarici ölkələrdə gedən hərbi əməliyyatlara qatılan gənclərin sayının sürətlə artması, onların bəlli bir qisminin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilməsi gənclər arasında radikal və terrorçu qruplara olan marağın getdikcə artdığını göstərir. Maraqlıdır, gənclərin terrorizmə, radikalizmə meylinin artması nə ilə bağlıdır? Bunun mövcud təhsil sistemi ilə hər hansı bağlantısı varmı? Bir insanın terrorçu olması üçün onun hansı şərtlərlə əhatələnməsi gərəkir?

Bununla bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma”x9d praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı gənclərin radikalizmə meylinin bir sıra amillərdən qaynaqlandığını vurğuladı:

Azərbaycan gənclərini terrorizmə meyilləndirən sosial-psixoloji amillər var. Gənclərdə terrrorizmə meyillilik birdən-birə baş vermir. Bunun üçün insanın həyat yolunda bir sıra məsələlər üst-üstə düşməliidir: genetik amillər, fərdi xüsusiyyətlər, düzgün qurulmayan ailə tərbiyəsi, uşaq, yeniyetmə və gənclik dövründə insanların təhsil prosesində üzləşdikləri haqsızlıqlar, pedaqoqların kobud münasibətləri və s. Valideyn də, müəllim də, iş yerindəki rəhbər də nəzərə almalıdır ki, bütün insanların həyatda özəl tələbatları var: fiziki, məhəbbət, təhlikəsizlik, qəbul olunmaq, özünə hormət, ləyaqətin qorunması, özünüqiymətləndirmə, özünüinkişaf, özünüreallaşdırma və s. Müxtəlif yaş dövrlərində bu tələbatların hansısa biri daha aktual olur. Ona görə də kimin nə zaman, harada və hansı neqativ təsirlərlə üzləşdiyini, bunları yadda saxlayaraq kimlərə qarşı zorakılıq etmək, qisas almaq, işgəncə vermək, öldürmək isəyinin yaranmasını təyin etmək çətindir. Ancaq nəticələrlə bağlı konkret fikirlər söyləmək olar”x9d.

L.Əmrahlının fikrincə, iki qisim insanlarda terrorizmə daha çox meyl müşahidə edilir: “Terrorizmə meyillilik əsasən iki qisim insanlarda daha güclü olur: birincilər "ifrat vətənpərvər"lərdir. Onlar hansısa təsirlərdən sahib olduqları doğru-yalan dəyərlərini qorumağa çalışaraq baş verən proseslərin zorakılıq yolu ilə həllini qəbul edirlər. Sonda uğursuzluqlara düçar olur, böyük əksəriyyəti öz məqsədlərinə çatmadan həyatlarını itirir, həbs olunurlar. İkincilər, ümumiyyətlə, heç bir dəyərə sahib olmadan hər kəsin təsirinə düşərək situativ hərəkət edənlərdir. Əlbəttə ki, hər iki qisim şəxslərdə terrorizmə meyilliyin yaranmasının əsas səbəbini istər-istəməz tərbiyə mühitində və təhsil sistemindəki boşluqlarda axtarmalı oluruq. Baxın, indi Azərbaycan ailələrində nə qədər valideyn öz övladlarının, hətta qidalanmaq, ev, iş qurmaq ehtiyaclarını ödəmək imkanında deyillər. Azərbaycan teleməkanında təbliğ olunan “xoşbəxt həyat”x9d görüntüləri ilə müqayisədə bir çoxları öz yaşayışlarına miskinlik, kasıblıq, çarəsizlik, rəzillik, bir sözlə, dəyərsizlik kimi yanaşırlar. Onlara elə gəlir ki, özündən başqa hamı yaxşı yaşayır. Gənclər iş tapa, iş qura bilmir, qızlar xoşbəxtliyi yalnız bu kriteriyalara sahib olanlara ərə getməkdə görürlər. Artıq onlar üçün bir çox insani keyfiyyətlər arxa plana keçməkdədir. Bu kimi səbəblərdən oğlanlarımız 30 yaşına çatır, işsizlikdən, evsizlikdən ailə qura bilmirlər. Təhsil sisteminə gəldikdə, vəziyyət o qədər də fərqli deyil. Hələ məktəbəqədər təhsil müəssisələrindən başlayaraq ali təhsil, elmi pillələrinə qədər nələr baş vermir? Hər şey alınır, satılır. Uşaq kiçik yaşlarından ailədə valideynin tərbiyəçiyə, müəllimə hörmət edə bilmədiyinə görə onun uşağına fərqli yanaşmasından, diqqətsizliyindən gilieylənir. Yuxarı siniflərdə vəziyyət daha da ciddiləşir. Uşaqlar artıq özləri bilavasitə belə sayğısızlıqların şahidi olurlar. Əlbəttə ki, təhsil işçiləri subyekt olaraq bu kimi ciddi məsələləri özləri həll etmək gücündə deyillər. Digər tərəfdən, son illər təhsil sistemində aparılan islahatlarda bir çox psixoloji məqamlardakı boşluqlar, yerli mütəxəssislərin etnopsixologiya ilə bağlı rəylərinin nəzərə alınmaması da problemin həllini çətinləşdirib. Eyni zamanda, gənclərin radikal qruplara meyilliyi sahəsində psixoloji tədqiqatların aparılaraq real vəziyyətin aşkar edilməməsi də bunu başlıca səbəblərini üzə çıxarmağa imkan vermir. Yaxşı ki, ailələrimizin bir çoxu övladlarında özlərini neqativ təsirlərdən qoruya biləcək şəxsiyyətlər formalaşdıra bilirlər. Ancaq, təəssüf ki, digər qisim, qeyd etdiyimiz kimi, bunu bacarmır. Nəticədə onların övaldları kənar təsirlərə açıq olurlar. Tez aldanır, təsirə düşür, onlara edilən təkliflərə xəyallarında gözlədikləri “Ağ atlı xilaskar oğlan”x9d kimi yanaşırlar. Bunun səbəbi təhsil müəssisələri və ailələr arasında səmimi münasibətlərin zəif inkişaf etməsi, təhsil prosesində uşaq, yeniyetmə və gənclərdə rasional dünyagörüşün, aydın təfəkkürün yaradılmamasıdır. Bunun üçün, əlbəttə ki, əvvəlcə təhsil verənlər bu səviyyədə hazırlanmalı, pedaqoji kadr hazırlığı sahəsində ciddi islahatlar aparılmalıdır”x9d.

L.Əmrahlının qənaətincə, vəziyyətdən çıxış yollarından biri də insanlar arasında psixoloji biliklərin yayılmasıdır:

“Mövzunun vacibliyini nəzərə alaraq bir məsələni də qeyd etmək istərdim. Düşdüyümüz vəziyyətdən ən tez, operativ və optimal çıxış yolu cəmiyyətdə psixoloji biliklərin yayılması, insanların özünüdərkinə, özünüreallaşdırmasına düzgün yolların göstərilməsidir. Azərbaycan xalqı böyük mədəniyyət sahibdir. İnanıram və əminəm ki, bunu bacaracaq.

Digər yol Azərbaycanda “Psixologiya İnstututu”x9dnun yaradılması, “Psixoloji Xidmət Haqqında Qanun”x9dun qəbul olunması, “Təhsil Sistemində Psixoloji Xidmət Haqqında Əsasnamənin”x9d təsdiq edilməsidir. Buna çox ciddi ehtiyac var. 2003-cü ildən başlayaraq bu sitiqamətdə cəhdlər göstərilsə də hansısa müəmmalar bunu reallaşmasını mümkünsüzlüyə çevirib. Övladlarımızın tərbiyəsində və təhsilində yol verilən nöqsanlar bizim havaya atdığımız bumeranq kimidir. Nə zamansa qayıdıb özümüzə və cəmiyyətə dəyməlidir. İndi Azərbaycan cəmiyyəti atdığı bumeranqların zərbələrini almaq mərhələsinə çatıb. Ehtiyatlı olmalıyıq!”x9d

 

Seymur Əliyev

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO