Rus ekspertlər kasıb Ermənistan və Rusiyanın bahalı qırıcılarından danışırlar:

Rus ekspertlər kasıb Ermənistan və Rusiyanın bahalı qırıcılarından danışırlar: "Qarabağ savaşı təzələnsə, Rusiya hərbçiləri qarışmayacaqlar” – Araşdırma

Hazırda oxunan: Rus ekspertlər kasıb Ermənistan və Rusiyanın bahalı qırıcılarından danışırlar: "Qarabağ savaşı təzələnsə, Rusiya hərbçiləri qarışmayacaqlar” – Araşdırma

248064

Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyan noyabrın 12-də MN-də baş tutmuş mətbuat konfransında Ermənistanın Rusiyadan tezliklə “Suxoy Su-30” qırıcıları alacağı haqda mətbuatda artıq çoxdan yetərincə şişirdilən informasiyanı təkzib edib.

xa0

Seçim edilib

xa0

Tonoyan deyib ki, hazırda İsveçdən “JAS-39 Gripen” almaqla bağlı qərar qəbul edilməyib, əvəzində başqa tərəfdaşdan ən ciddi şəkildə nəzərdən keçirilən təklif gəlib və bu ölkədən qırıcı almaq haqda ən yaxın zamanda qərar alınacaq. Müdafiə naziri vəzifəsini icra edənin sözlərinə görə, seçim artıq edilib, bəzi maliyyə məsələləri həll olunur. Nazir vəzifəsini icra edən KİV-lərdən birinin nazir “təklif deyəndə Rusiyanın Su-30 qırıcılarını nəzərdə tutduğu mümkündürmü?”xa0sualına xa0cavab verib: “Ola bilsin, bu, Su-30-dur”.

xa0

Ermənistanın yetərincə maliyyə vəsaiti varmı?

xa0

Artıq keçən məqaləmizdə qeyd etdiyimiz kimi, Ermənistanda Rusiyadan Su-30 qırıcıları almaq məsələsi artıq xeyli uzun müddətdir ki, müzaklirə edilir, Ermənistan müdafiə naziri də öz hərbi aviasiyamızın olmasının gərəkdiyindən dəfələrlə danışıb. Amma,xa0birincisi, Su-30-un alınması üzrə sövdələşmənin hansı formatda gerçəkləşdiriləcəyi aydın deyil. Başqa sözlə, Ermənistan tərəfi bu qırıcıları hansı maliyyə vəsaitiylə almaq niyyətindədir və bu qədər baha həzzi əldə etmək üçün Ermənistanın maliyyə imkanları bəs edəcəkmi? Çünki hərbi ekspertlərin dəyərləndirdiyinə görə, bir Su-30 qırıcısı tam 50 milyon dollaradır. Ola bilsin, Rusiya Ermənistanın hərbi müttəfiqi kimi bu sövdələşmənin gerçəkləşməsi üçün Ermənistan tərəfinə ayrıca hərbi kredit verəcək, ya da güzəşt siyasəti tətbiq edəcək?

Hərbi ekspert Leonid Nersisyan əmindir ki, istənilən halda bu sövdələşmənin Ermənistana 2018-2020-ci illər üçün 100 milyon dollar həcmində verilmiş “hərbi kreditə” dəxli olmayacaq.

xa0

Biz XXI yüzilliyin ordusunu qururuq

xa0

Bu kontekstdəxa0ikinci önəmli məsələxa0Ermənistanda bəzi hərbi xadimlərin öz hərbi aviasiyamızın olması məqsədəuyğunluğunu şübhə altına almaq cəhdləridir. O cümlədən Ermənistan müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyan bildirib ki, bizim şəraitimizdə hərbi aviasiyanın görəcəyi bir iş yoxdur. Aqabekyan özxa0Facebooksəhifəsində yazıb: “Deməyi özümə borc bilirəm ki, hərbi aviasiyanın bizim hərbi arenada dünən heç bir işi olmayıb, bu gün də olmayacaq. Xüsusən də bizim günlərdə – yüksək texnologiyaların inkişafıxa0şəraitində onun tətbiqi, demək olar, mümkünsüz olacaq – istənilən arenada. Yeri gəlmişkən, Rusiyanın siyasi rəhbərliyi də bu fikrə tərəfdardır”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu bəyanata cavab verib: “ER SQ-nin şanlı hərbi keçmişi olan keçmiş başçılarından çoxfunksiyalı aviasiyanın rolu haqda mənfi qiymət eşitmək xüsusən kədərlidir, amma, o biri yandan, bunda təəccüblü heç nə yoxdur… Hər kəsin öz fikrini bildirmək hüququ var, ancaq biz XXI yüzilliyin ordusunu qururuq”.

xa0

Rusiya qırıcıları qarışmır

xa0

Təbii, söhbət Ermənistanın müdafiəsi və təhlükəsizliyindən gedirsə, bu sayaq məsələlər son dərəcə mühümdür və izahata ehtiyacı var. Məlumdur ki, Ermənistan-Rusiya sazişləri və KTMT sazişləri çərçivəsində Rusiyanın öz üzərinə götürdüyü öhdəliklərə əsasən, Rusiyanın Gümridə mənzillənmiş 102-ci hərbi bazasında hava hücumuna qarşı bölmələr var və İrəvanın “Erebuni” aeroportunda yerləşmiş Rusiya aviaeskadrası Ermənistan ərazisini qorumağa borcludur. 2015-də isə Ermənistan və Rusiya arasında “Qafqaz bölgəsində kollektiv təhlükəsizliyin birləşmiş bölgəsəl hava hücumundan müdafiə sisteminin yaradılması haqda saziş”xa0imzalanıb və iki ildən sonra hər iki ölkə tərəfindən ratifikasiya olunub. Buna əsasən, Ermənistan və Rusiya “birləşmiş” gücləri bölgədə hava hücumundan müdafiəni təkmilləşdirməlidir.

Amma Ermənistan MN lap başdan izah edib ki, saziş Artsax Respublikasının (Dağlıq Qarabağın-red.) ərazisində qüvvədə deyil, uyğun olaraq Ermənistan və Artsax (Dağlıq Qarabağ-red.) müdafiə nazirlikləri arasındakı əməkdaşlığa təsir etmir.xa0Rusiya ekspertləri də, demək olar, bir ağızdan deyirlər ki, Qarabağ cəbhəsində hərbi əməliyyatlar təzələnəcəyi halda Rusiya qırıcıları münaqişəyə qarışmayacaq.xa0Rusiya hərbi eksperti Pavel Felgenhauerxa01in.amla söhbətdə belə bir fikir ifadə edib. Rusiya eksperti əmindir ki, istənilən halda özəl hərbi aviasiyanın varlığı Ermənistan üçün çox önəmlidir.

xa0

Ermənistanın qırıcıları olmalıdır

xa0

Moskva siyasi və hərbi analiz Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin də hesab edir ki, Dağlıq Qarabağ zonasında silahlı münaqişə meydana çıxsa və döyüş əməliyyatları Ermənistan ərazisinə toxunmasa, onda, ehtimala görə, Rusiya SQ qarışmayacaq. Rusiya eksperti şübhə etmir ki, Ermənistan SQ-nin qırıcılara ehtiyacı var və hesab edir ki, burada müzakirə üçün də bir şey yoxdur.

Xramçixinxa01in.am-la söhbətdə qeyd edib ki, Ermənistanın, doğrudan da, “qırıcı aviasiyası” yoxdur. Onda yalnız qırıcıların olmaması üzündən əslində, faydasız olan hücum təyyarələri var.

Xramçixin qeyd edib: “Qırıcılar olmasa, müharibə halında hücum təyyarələrinixa0heç nə qorumayacaq, uyğun olaraq, təbii ki, qırıcılara malik olmaq lazımdır. Ermənistan o vəziyyətdə deyil ki, qırıcıları olmasın, çünki Rusiyanın 18 ədəd MİQ-29 qırıcısı çox azdır, xüsusən də bunlar Ermənistanın deyil, Rusiyanınkı olduğuna görə”.

xa0

Qiymət məsələsi və tədarük müddəti

xa0

Qırıcıların dəyərinə gəlincə, hərbi ekspert vurğulayıb ki, bu gün belə növ texnika ucuz olmur və bu faktı gözardı etmək olmaz. “Bəli, yeni qırıcıların qiyməti tam 50 milyon dollardır. Özü də Rusiya sənayesi bu planda xeyli yüklənib, çünki təyyarələr həm Rusiya HHQ, həm də Qazaxıstan üçün istehsal olunur. Amma siyasi qərar alınsa, bu halda Ermənistanın sifarişi təxirəsalınmaz ola bilər. Ermənistan növbəyə dursa isə, qırıcıları ən yaxşı halda 2-3 ildən sonra ala bilər”.

xa0

Aviasiyasız vuruşmaq mümkünsüzdür

xa0

Aleksandr Xramçixin bu baxış nöqtəsiylə razı deyil ki, pilotsuzlar (PUA) qırıcı aviasiyanın yoxluğunu hansısa dərəcədə əvəzləyə bilər, çünki PUA ya kəşfiyyat, ya da zərbə üçündür. Hətta Ermənistanda olan Su-25 hücum təyyarələri də bu vəzifəni həll edə bilmir. Güclü hava hücumundan müdafiə sistemi isə aviasiyanın yoxluğunu qismən əvəzləyir, çünki HHM passiv müdafiədir, düşmən müdafiəsinin dərinliyinə əks-zərbə endirmək imkanı vermir.

Xramçixin qeyd edib: “Belə taktika heç vaxt heç kimə qələbə gətirməyib. Çağdaş dünyada aviasiyası olmayan ölkə əsla vuruşa da bilməz,xa0uyğun olaraq burada müzakirəlik heç nə yoxdur”.

xa0

Pul yoxdursa, lizinqə alın

xa0

Rusiya hərbi politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev isə bu məsələyə özgə sayaq yanaşaraq xatırladır ki, Ermənistan və Rusiyanın səyləriylə bölgədə vahid HHM sistemi qurulub, nəticədə Rusiya maraqlıdır ki, Ermənistan qırıcılar daxil olmaqla tamdəyərli HHM sisteminə malik olsun. Perenciyevin sözlərinə görə, Ermənistanın KTMT-yə üzvlüyü də Ermənistan tərəfinə Rusiya tərəfindən silah və hərbi texnikanı cüzi – Rusiyanın daxili qiymətlərinə almaq imkanı verir.

Hərbi ekspert Aleksandr Perenciyev şərh edir:xa0“Əlbəttə, biz maraqlıyıq ki, Ermənistan qırıcılara malik olsun. Əlbəttə, bu qırıcıları Ermənistana istənilən halda tədarük edəcəyik. Və bunları almaq üçün Ermənistanın maliyyə vəsaiti bəs etmirsə, onda qırıcıları hərbi lizinq çərçivəsində tədarük edərik. Rusiya habelə kredit təqdim edə bilər ki, Ermənistan bu maşınları əldə edə bilsin. Amma mən hesab edirəm ki,xa0Ermənistanın qırıcı almaq imkanı yoxdur demək düzgün deyil, çünki biz təkcə S-400 zenit-raket sistemi deyil, ya da raket əleyhinə kompleksi olmayan vahid HHM sistemindən danışırmırıq, bu planda, sözsüz, qırıcılar da HHM-in əsas komponentlərindən biridir”.

Tərcümə Strateq.az-ındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO