Kosmosdan gələn ölüm fəryadları: Yuri Qaqarin kosmosa çıxan ilk insan idi?

Kosmosdan gələn ölüm fəryadları: Yuri Qaqarin kosmosa çıxan ilk insan idi?

Hazırda oxunan: Kosmosdan gələn ölüm fəryadları: Yuri Qaqarin kosmosa çıxan ilk insan idi?

181783
xa0
Tarix kitablarında 12 aprel 1961-ci il tarixi mühüm bir hadisə kimi göstərilir. Belə ki, 12 aprel 1961 tarixində Sovet kosmonavtı Yuri Qaqarin kosmosa çıxan ilk insan olmağı bacarmışdı. Vostok-1 adlı kosmik gəmi vasitəsilə etdiyi bu səyahətdə Dünya orbitində düz 108 dəqiqə səyahət edən Qaqarin adını tarixə qızıl hərflərlə yazmağı bacarıb. Bununla da soyuq müharibə dövründə Sovet İttifaqının kosmik yarışında bir addım önə keçməsini təmin edib.

Qaqarinın təxminən 30 m uzunluqda balistik R-7 raketlə kosmosa çatmışdı. Dünyaya qayıdışı o zamanın şərtlərinə görə olduqca riskli olan Qaqarinın yerdən 7 km yüksəklikdə ikən paraşüt ilə yerə enməli idi. Bu eniş problemsiz baş vermişdi və Qaqarin kosmosa çıxan ilk insan olmağı bacarmışdı, eyni zamanda, Dünyaya geri qayıtmağa da nail olmuşdu.



Soyuq müharibə dövründə kosmos yarışı həm Sovetlər İttifaqı, həm də Amerika Birləşmiş Ştatları üçün mütləq qazanılması gərəkən bir yarış idi, itirmək heç vaxt bir variant ola bilməzdi. Yuri Qaqarinin kosmosa səyahətindən təxminən 1 ay sonra, 1961-ci ilin mayında Amerikalı astronavt Alan Shepard da onun iziylə getdi və kosmosa çıxan ikinci insan olaraq tarixə adını yazdırdı.xa0Sovet İttifaqı kosmosa ilk dəfə insan göndərmək uğurunu Yuri Qaqarin ilə qazanaraq tarixdə həqiqətən əhəmiyyətli bir müvəffəqiyyət əldə etmişdi. Xüsusilə o dövr, yəni soyuq müharibə dövründə bu qeyri-adi bir uğur idi.



Ancaq ortada bu uğura kölgə salacaq bəzi şübhələr var, ola bilər ki, bu hadisələr həqiqətən də belə baş verməyi. Bu sual işləri bir az qarışdırır. Bir çox insan həqiqətən də kosmosa çıxan ilk insanın Sovet kosmonavtı olduğunu, lakin onun Yuri Qaqarin olmadığını düşünür. İddia edirlər ki, Yuri birincilər siyahısına kosmosdan Dünyaya canlı qayıdan ilk insan olduğu üçün düşüb. xa0Sovet İttifaqı həqiqətən də Qaqarinın uçuşundan əvvəl və sonra dəfələrlə sınaqlar keçirib, kosmosa raketlər göndərilib. Eynilə ən böyük rəqibi olan ABŞ kimi. Ancaq bu sınaqlar adətən gizli aparılıb, bu səbəbdən o barədə çox məlumata sahib deyilik. Bir neçə dəlil və ya sübut olduğunu düşündüyümüz iddialar istisna olmaqla.



1950-ci illərdə İtalyan Judica-Cordiglia qardaşları Nasist dövründən qalma boş binada radio dinləmə stansiyası qururlar. Apardıqları dinləmələr nəticəsində iddia etdikləri şey isə çox mübahisəli xarakter daşıyır. Qaqarindən əvvəl və sonra kosmosa çıxan bir çox kosmonavtdan bir daha xəbər alınmamış ola bilər.xa0Dinlədikləri səs qeydlərində ölən bir kosmonavtın huşunu itirmək üzrə olduğu və ürək döyüntülərinin duyulduğu, digər bir səs yazısında isə qadın kosmonavtın olduğu kosmos gəmisinin yandığını və bir yerə çırpmaq üzrə olduğunu məruzə etməyə çalışdığı səs qeydlərini qeyd etmişdilər.

Bu faktlardan yola çıxaraq Judica-Cordiglia qardaşları kosmosda yalnız 2 deyil, bəlkə onlarla xa0itmiş kosmonavt ola biləcəyi iddiasını ortaya atıblar. Tarixi qeydlərə baxdıqda Sovet İttifaqı tərəfindən bəzi dəlillərin yox edildiyi, bəzi kosmonavtların adlarının silindiyi aşkar olunub.xa0Sovet kosmik proqramı tarixçisi Ceyms Oberg xa0yazdığı Uncovering Soviet Disasters (Sovet fəlakətlərini aşkara çıxarmaq) adlı kitabında Sovet kosmik proqramından bir çox kosmonavtın adının və rəsmlərinin yox edildiyinin dəlillərini göstərmişdi.

Bu da o deməkdir ki, uğursuz olan hər bir kosmos uçuşu Sovet tarixindən silinib, arxada heç bir iz qoymayıb, bu hadisələr heç vaxt baş verməmiş kimi unudulub. Kitabdakı faktlar və iddialar itkin kosmonavtlar nəzəriyyəsini günümüzdə olduqca maraqlı hala gətirib. Bu iddialar həqiqət və ya yalan ola bilər, qəti olan bir həqiqət var ki, Sovet Kosmik Proqramı və ABŞ Milli Aviasiya və Kosmos Dairəsinin bilməyimizi istəmədiyi bir çox sirrli həqiqət var. Bunlardan birinin itkin kosmonavtlar olma ehtimalı isə olduqca yüksəkdir.


Hazırladı: Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO