Rusiya Zəngəzur dəhlizinin çəkilməsi ilə məşğuldur – DETALLAR

Hazırda oxunan: Rusiya Zəngəzur dəhlizinin çəkilməsi ilə məşğuldur – DETALLAR

87730

“Zəngəzur dəhlizi ilə bağlı hələ də bir problem var: Ermənistan bunu çox siyasiləşdirib. 2020-ci il noyabrın 10-da Qarabağ müharibəsinə son qoymaq üçün Üçtərəfli Bəyanatı Ermənistan Rusiya və Azərbaycan ilə imzaladı, daha sonra isə bu sənədə yenidən baxılması kampaniyasına başladı".

Bəyanatın bəzi bəndləri Ermənistan rəhbərliyi tərəfindən həm Rusiya, həm də Azərbaycan hakimiyyəti ilə sövdələşmə üçün bəhanəyə çevrildi, digərləri isə sadəcə olaraq səssizcə yerinə yetirilmədi”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər “Vestnik Qafqaza” nəşrində yer alıb.

“Döyüş meydanında məğlubiyyətdən dərhal sonra Ermənistan müharibədən sonrakı dövrdə hakimiyyət uğrunda mübarizə ilə məşğul olduğundan, 2021-ci ilin iyul ayına kimi Ermənistan tərəfdən bu nöqtədə hər hansı bir hərəkət gözləmək olmazdı.
Ancaq hazırkı baş nazir Nikol Paşinyanın partiyası olan “Vətəndaş Müqaviləsi” növbədənkənar parlament seçkilərində qalib gəldikdən məlum oldu ki, Paşinyan hakimiyyəti Rusiya və Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirmək fikrində deyil.

İrəvan ilk növbədə öz ərazisində Zəngilandan Naxçıvana maneəsiz hərəkəti təşkil etməkdən imtina etdi, eyni zamanda Zəngəzur dəhlizinin otuz kilometrlik erməni hissəsinin hər iki tərəfində gömrük keçid məntəqələrinin quraşdırılmasını tələb etdi.

Nə yaxşı ki, Zəngəzur dəhlizi layihəsində təkcə Azərbaycan və Ermənistan deyil, Rusiya da iştirak edir. Rusiya böyük ehtimalla Şimal-Cənub regionlararası nəqliyyat dəhlizinin İran hissəsi kimi dəmir yolu xəttinin Ermənistan hissəsini tikməli olacaq və Rusiya Dəmir Yollarının törəmə müəssisəsinin Ermənistan dəmir yolu sistemini idarə etməsi bu proqnoza əminlik yaradır.

Həmçinin Rusiya, Üçtərəfli Bəyanata görə, bu bölmədə yüklərin və sərnişinlərin daşınmasına nəzarət etmək öhdəliyini öz üzərinə götürüb və bu, təkcə Moskvanın İrəvanla Bakı arasında münasibətlərin müharibədən sonrakı nizamlanmasında vasitəçiliyi ilə bağlı  deyil, həm də faktla bağlıdır.

Fakt isə odur ki, FTX-nin Sərhəd Xidmətinin əməkdaşları uzun illər bu bölmədə çalışırlar.  Rusiya sərhədçiləri 1992-ci ildən Rusiya ilə Ermənistan arasında müqavilə imzalanandan bəri Ermənistanın İranla sərhədini, eləcə də Ermənistanın Türkiyə ilə sərhədini qoruyurlar.
Lazım gələrsə, onlar öz vəzifələrini yerinə yetirmək üçün sərhəd bölgəsində əlavə keçid məntəqələri və yoxlama məntəqələri yarada bilərlər və Zəngəzur dəhlizinin yolları da məhz bu ərazidən keçəcək.

Bu səbəbdən Rusiya, sözün əsl mənasında Ermənistanın özünün iştirakı olmadan bu proyekti həyata keçirə bilər. Ola bilsin ki, İrəvanın Bakı və Moskva ilə sövdələşməsinin son məqsədi budur”, deyə mənbə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO