Bu gün Novruz bayramıdır

Hazırda oxunan: Bu gün Novruz bayramıdır

126422

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Bizim.Media xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi üçüncü Novruz bayramıdır.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO